vatanim tam azerbaycan galacak kandim garajehgayeh
قراجه قيه
تاريخ : سه شنبه 24 بهمن 1391 | یازار : تانري و توپراغيني سون بيري
+ به يه ن

Yoqquşa döyüşmək ənişə durmaq

Belə cinayətə döyüşə durmaq

Quzeydən güneydən yürüşə durmaq

Yoxsa qanımızda arada itər

Səni deyib gəldim İçərişəhər

71

Qanlı səhifədir İyimi Yanvar

Varağla keçmişi səfhədə qan var

Allah var iman var axı quran var

Nə gəldi başıma İyrmibir Azər

Səni deyib gəldim İçərişəhər

72

Pəlmədir qayamız pəlmə dağımız

Yumruq yüküdür qan çanağımız

Şəvədir qızıldır boyunbağımız

Hələlik sözümüz belədən gələr

Səni deyib gəldim İçərişəhər

74

Vursan əl tökülər qan iligimlən

Raslığa dönmüşəm dəliligimlən

Yiyidir ölüm mənə diriligimlən

Rəhmsiz zamanın əlinlən həzər

Səni deyib gəldim İçərişəhər

75

Kəhligim çəkilib yoluna cələ

Ovçuda kəmində qalıb dincələ

Evimin dirəgi çəkilmir hələ

Gələcək üzünə ışıqlı səhər

Səni deyib gəldim İçərişəhər

76

Qoşmuşam özümü birligə birə

Dağılmağda nə var? Gəlin bir yerə

Ayilə sufrası bir yerə sərə

Ruzisi qaynayıb qebdən gələr

Səni deyib gəldim İçərişəhər

77

Şirədir şərbətdir heyvanın zayı

Bizi ayırmasın müxənnəs hayı

Bərk gündə çağırar Babək Oxtayı

Yaman gündə qalan arxam səslənər

Səni deyib gəldim İçərişəhər

78

Hərifin özünə qaytarın hirsin

Örəkdən kinəni kədəri silsin

Bizdə sahibiyik mədəni irsin

Şerimiz bizlərə əbədi əsər

Səni deyib gəldim İçərişəhər

79

Möcüzün baxışı qələmi kəskin

Səməd Vurğunu var dilinə təskin

Sabiri Müşfiqi güneyli Miskin

Barmağında hünər sözündə hünər

Səni deyib gəldim İçərişəhər

80

Aşıq Ələskərin DodaqDəyməzin

Tanıyın kilmigin axtarın izin

Bu dahi sənətkar sizindir sizin

Ələst almindən gətirər xəbər

Səni deyib gəldim İçərişəhər

81

Kürüm var Arazım Qızılözənim

Urmu göl üstündə İncidüzənim

Yaşılbaş sonatək gəlin bəzənim

Başımda bulud ol ipəgində sər

Səni deyib gəldim İçərişəhər

82

Məndə öz elimin sorağındayam

Kamanın səsinə bağlıdır inam

Incə sənətimdir şerimlən muğam

Tarixə yazılıb əbədi əsər

Səni deyib gəldim İçərişəhər

83

Dəniz sərvəti var meşə sərvəti

Açıq sufrasi var mali dövləti

Alolar ölkəsi belə milləti

Olanda gözəlim məgər qəm yeyər?

Səni deyib gəldim İçərişəhər

84

Sözündə sazı var gözündə nazı

Dağladında kəhlik gölündə qazı

Vahidi Vəcisi Məmməd Arazı

Belə gözəllərin deyincə gələr

Səni deyib gəldim İçərişəhər

85

Səninlə ağlayım səninlə gülüm

Müqəddəsdir mənə torpağım çölüm

Yolunda mən üçün şərəfdir ölüm

Layiqdir yolunda baş gedə əgər

Səni deyib gəldim İçərişəhər

86

Zaman pozmalidi bu həddi səddi

Bu bir kitabədir bu bir sənəddi

Dözümün həddi var taqətin həddi

Zirvəyə çatmağa az zaman çəkər

Səni deyib gəldim İçərişəhər

87

Çək sözü söhbəti Ərincəsinə

Tərbizin Ərkinə Gəlincəsinə

Xəmsə günbəzinin gəl incəsinə

Keçmişin gülünü burasında dər

Səni deyib gəldim İçərişəhər

88

Bizim tariximiz Daşkəsəndədir

Ədalət şahidir Xudabəndədir

Baxmakı Savalan indi çəndədir

Sığır qaynadığca köz üstə pişər

Səni deyib gəldim İçərişəhər

89

Qobustan qayamız tarixə yoldur

Varlığım sözünə çəkilmiş qoldur

Sumər nəslimizin açası xoldur

Gəmi qayasından Nuh səsi gələr

Səni deyib gəldim İçərişəhər

90

Haqdır istədigin haqdır baratın

Tuluquş qafına taxdı qanatın

Naxcıvan piri idi Möminə xatın

Üzügün qaşına ləlidir gövhər

Səni deyib gəldim İçərişəhər

91

Fəxri xiyavanın Şərəf müzeyim

Məni güney yeməsin məni quzeyim

Səninlə sözümü nəcür bəzəyim?

Sığmayır sözümə yazıma dəftər

Səni deyib gəldim İçərişəhər

92

Budur düşündügüm budur idrakım

Kim açdı sirrini söylə yada kim

Şəriət ocağım paytəxt bakım

Ələmlərdən uca Bayrağın əsər

Səni deyib gəldim İçərişəhər

93

Çeşməsi qaynayıb su gələr axa

Nə deyım hayata nə deyim çarxa

Elimə arxasan dilimə arxa

Hər elin talein zaman dətişər

Səni deyib gəldim İçərişəhər

94

Samaya səs salib qartalın quşun

Vətən ovladındır vətənə qoşun

Qələbə çalacaq axır döyüşün

əgər alınmasa sülhülə səmər

Səni deyib gəldim İçərişəhər

95

Yarpağın yaraşıq qanatın ala

Inanma qisasın ölüncə qala

Şəhid məzarinə qoyanda lala

Anam çarğatını torpağa sərər

Səni deyib gəldim İçərişəhər

96

Bir belə zülümə bir belə işə

Bir ağır yaram var bəlkə qovuşa

Yazın həvəsinə dözmüşəm qışa

Yaşıllıq istəyən soyuğa dözər

Səni deyib gəldim İçərişəhər

97

Qızıldan gümüşə bələnib çatım

Şirin şərbətinə bal şirə qatım

Bayraq parçaların anam çarğatım

Ulduzunla ayın samadan gələr

Səni deyib gəldim İçərişəhər

98

Yalvara qalmışam yara qalmışam

Boynuma çəkilən dara qalmışam

Arazam sinəmdə yara qalmışam

Yaram göynədikcə məni incidər

Səni deyib gəldim İçərişəhər

99

Bizdə bir kəhlik var ürəgi xəstə

Nə vaxdır çırpınar bağlı qəfəsdə

İlahi baxışda şeir həvəsdə

Quzeydə Zəlimxan güneydə Səhər

Səni deyib gəldim İçərişəhər

100

Bu nə aylılıqdır bitib arada?

Mahnı çələngiyəm seldə Sarada

Ellər həsrəti var mən beçarada

Yaşamaq çətindir belədir əgər

Səni deyib gəldim İçərişəhər

101

Ahı ah üstündə qəmi qəmə tök

Ağırdır həsrətim ağırdır bu yük

Valığım üstünə çəkilib örtük

Başımın dumanı haçan çəkilər?

Səni deyib gəldim İçərişəhər

102

Haqqın ədalətin baratı gəlsin

Elin Türkəməni Bayatı gəlsin

Səslə Koroğlunun Qıratı gəlsin

Ağrıdağlarıda hələdə kişnər

Səni deyib gəldim İçərişəhər

103

Xeyir dua gətir əbədi nəslə

Könlündə sevinc ək umudu bəslə

Səfərxan dözümlü nərimi səslə

Zənciri əridər qandalı əyər

Səni deyib gəldim İçərişəhər

104

"Gələcək Bizimdir" zamanda bizim

Yaxşıda bizimdir yamanda bizim

Oyan Ərdəbilim oyan tərbizim

Qoyma sümügümə dayana neştər

Səni deyib gəldim İçərişəhər

105

Sənin Cavadxanın Cavanşirin var

Sənin Mübarizin sənin Pirin var

Genə doğasıdır belə analar

Hələ dalındadır Miyana Əbhər

Səni deyib gəldim İçərişəhər

106

Qalayçı Çələngər Çovuş Zəmiçi

Koroğlu dəlisi Həsən Dəmirçi

Yelkəni boşlama şanlı gəmiçi

Dalğalar sovuşar sahil görsənər

Səni deyib gəldim İçərişəhər

107

Obada bizimdir ocağda bizim

Gəridə bizimdir qabağda bizim

Zirvədə bizimdir şafağda bizim

Ardımın irəli götürsön əgər

Səni deyib gəldim İçərişəhər

108

İstə taleini istə özünü

Özgə tabağına tikmə gözünü

İgid diyənməsə doğru sözünü

Varlığı pozular kimligi itər

Səni deyib gəldim İçərişəhər

109

An olsun Muğana and olsun Milə

And olsun Saraya and olsun selə

And olsun bayrağa and olsun dilə

Bizimdir qələbə bizimdir zəfər

Səni deyib gəldim İçərişəhər

110

Qeyrətim şərəfim vətənə sipər

Qaramıx koluyam bağına çəpər

Qanım torpağına qarışsa əgər

Vətəndaş deyəli borcunu ödər

Səni deyib gəldim İçərişəhər

111

Quzu qurbanıyam qoyun qurbanı

Şənligin qurbanı toyun qurbanı

Buxunun qurbanı boyun qurbanı

Qiblədir vətənin üzünü çöndər

Səni deyib gəldim İçərişəhər

112

Yalayal uçası yamaca bayquş

Qayada qırqısı dağda qaranquş

Quzğunu kəhligi qoyma gələ tuş

Sinəsin yaralar qanatın didər

Səni deyib gəldim İçərişəhər

113

Nazın çəkməliyəm "Günaz"ın "Az"ın

Sazın sənətkarın Elsəs Arazın

Şair Cəfərinin Xan Ayrılmazın

Dərdimi danışar dərdimi deyər

Səni deyib gəldim İçərişəhər

114

Döşümdə yeri var ahın kədərin

Quzu qurbanıyam qəzoqədərin

Yarama əl vuma dərindir dərin

Nəqədər alınmaz Şuşam Kəlbəcər

Səni deyib gəldim İçərişəhər

115

Saryımda vətən məzarım vətən

Xoşluğumda vətən güzarım vətən

Danışdığım vətən yazarım vətən

Sevinci sevilən kədəri kədr

Səni deyib gəldim İçərişəhər

116

Şair Elçibəyin kəbəsi kəsi

Danışan dilisən hay verən səsi

Bağlıdır nəfəsi dardır qəfəsi

Mənimdə halıma elə bir nəzər

Səni deyib gəldim İçərişəhər

گؤنده ر 100 درجه کلوب دات کام گؤنده ر     بؤلوم لر: تورك كيمليي
آرشیو
سون یازی لار
یولداش لار
سایغاج
ایندی بلاق دا : نفر
بوگونون گؤروشو : نفر
دونه نین گؤروشو : نفر
بوتون گؤروش لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش لار :
یازی لار :
یئنیله مه چاغی :